“Atico” 2023-cü il sentyabr ayında yerli sahibkarlar tərəfindən yaradılmış farmasevtik şirkətdir. Aticonun əsas fəaliyyəti müxtəlif istehsalçıların brend generik dərmanlarının marketinqini etik qaydalar çərçivəsində həyata keçirməkdir.
Vizyonumuz: Şirkət dəyərlərinə hörmətlə yanaşan, müştəri istiqamətli satış prosesinə effektiv şəkildə idarə edən və həyata keçirən, məhsuldar resurslarından səmərəli istifadə edərək fərqli və sürətli satış komandası olmaq.
Missiyamız: Azərbaycan dərman bazarında keyfiyyətli məhsulların standartlara uyğun tanıdılması..
Dəyərlərimiz:Tutduğu vəzifədən, dilindən,dinindən,irqindən asılı olmayaraq, Atico ailəsinin hər bir əməkdaşı eyni dəyərdədir.
Aticonun məqsədi əksər tibb sahələrində innovativ dərmanlara və yeni terapevtik yanaşmalara diqqət etmək və eyni zamanda həkimlərimiz üçün öz sahələrinə uyğun ən yaxşı dərman seçimi təqdim etməkdir. Bu məqsəd bizim sloqanımızdan xəbər verir. “Canınız sağlam olsun” sloqanı əslində bizim əsas iş prinsipimizdir.