
NAVİDOKS
NAVIDOX 25/50 mq tabletlər
NAVİDOKS
Beynəlxalq patentləşdirilməmiş adı: Meclızıne + Pyrıdoxıne
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq meklizin hydroxlorid, 50 mq piridoksin hydroxlorid vardır.
Köməkçi maddələr: laktoza, mikrokristalik sellüloza, PVPK-30, IPA, natrium benzoat, maqnezium stearat, kalium polakrillin, talk.
Təsviri
Ağ rəngli, yuvarlaq, hər iki tərəfi hamar tabletlər.
Farmakoterapevtik qrupu
Qusma əleyhinə dərman vasitəsi.
ATC kodu:R06AE05.
Farmakoloji xüsusuiyyətləri
Farmakodinamikası
Meklizin qusmaəleyhinə vasitə kimi istifadə edilən piperazin törəməsi olan antihistamindir. Antiemetik (qusmaəleyhinə), antixolinergik və antihistamin xüsusiyyətlərə malikdir. Vestibulyar aparatın həssaslığını azaldır. Meklizinin başgicəllənmə, ürəkbulanma və qusmaəleyhinə effektləri MSS-nin hemoreseptorlarının triqqer zonası, MSS-nin digər mərkəzləri və periferik sinir sistemindən sinir yolları vasitəsilə qusma mərkəzinə göstərdiyi təsirlə əlaqəli ola bilər.
Piridoksin hydroxlorid (vitamin B6) qusma əleyhinə təsiri artırır. Bundan başqa preparatın tərkibində piridoksin hidroxloridin olması onu hamiləlik zamanı faydalı edir, belə ki, piridoksin eritrositlərdə zülalların, karbohidratların və yağların mənimsənilməsi ilə əlaqədar olan müxtəlif mübadilə proseslərində koferment rolunu oynayan piridoksal fosfata çevrilir.
Farmakokinetikası
Tək oral qəbuldan sonra təsiri 1 saat ərzində inkişaf edir və 24 saata qədər davam edir (T1/2 - təxminən 6 saat). Absorbsiya: Piridoksin: Malabsorbsiya sindromları və ya mədə rezeksiyasından sonrakı hallar istisna olmaqla, digər pasiyentlərin mədə-bağırsaq traktından asanlıqla sorulur. Metabolizm: Piridoksin: Qaraciyərdə piridoksal fosfata və piridoksamin fosfata çevrilir; riboflavin, qanda vitaminin əsas formaları olan piridoksin fosfatın piridoksal fosfata sonrakı çevrilməsi üçün zəruridir. Daha sonra piridoksal qaraciyərdə oksidləşərək 4-piridoksik turşusuna çevrilir. Eliminasiyası: Meklizin: Plazmadan yarımxaricolma dövrü: 6 saat. Piridoksin: sidikdə ifraz olunur (4-piridoksik turşusu şəklində).
İstifadəsinə göstərişlər
NAVIDOX tabletləri aşağıdakı xəstəliklərin, vəziyyətlərin və simptomların müalicəsi, nəzarəti, qarşısının alınması və yaxşılaşdırılması üçün istifadə olunur:
• Hamiləlik dövründə yaranan ürəkbulanma və qusma (həkim tərəfindən istifadəsi məsləhət görüldükdə);
• Cərrahi əməliyyatdan sonra yaranan ürəkbulanma və qusma;
• Rentgen çəkilişindən sonra yaranan ürəkbulanma və qusma;
Əks göstərişlər
• Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı fərdi həssaslıq.
• 12 yaşa qədər uşaqlar
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərmanın qəbulu müddətində pasiyent spirtli içki qəbulundan çəkinməlidir. Epilepsiya, hipertireoz, kəskin ürək çatışmazlığı, yüksək qan təzyiqi (hipertenziya), qlaukoma, prostat vəzinin hipertrofiyası, peptik xora stenozu, pilorik stenoz, tənəffüs yollarının xəstəlikləri, bronxial astma, ekstrapiramid simptomlar, sidik ifrazı ilə bağlı problemlər, qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
NAVİDOKS preparatının aşağıda qeyd olunmuş dərman vasitələri ilə eyni zamanda istifadəsi tövsiyə olunmur:
• Mərkəzi sinir sisteminin (MSS) fəaliyyətini ləngidən preparatlarlardan Etanol və ya benzodiazepinlər, barbituratlar, trisiklik antidepressantlar, opiatların aqonistləri, skelet əzələ relaksantları və antihistaminlər. Bu preparatlar meklizinin mərkəzi sinir sisteminə göstərdiyi ləngidici təsiri gücləndirə bilər.
• Digər antixolinergik vasitələr - meklizinin antixolinergik təsirini gücləndirə bilər.
• Meklizin mədə-bağırsaq traktının motor hərəki aktivliyini azaltması hesabına diqoksininin sorulmasını artıra bilər.
• Parkinson xəstəliyindən əziyyət çəkən və Levodopa preparatı qəbul edən pasiyentlər NAVİDOKS preparatını qəbul etməmişdən əvvəl həkimlə məsləhətləşməlidirlər, belə ki, piridoksin levodopanın təsirinin azalmasına səbəb olur. Belə vəziyyətdə həkim dekarboksilaza inhibitoru təyin edə bilər.
• Vərəməleyhinə preparatlar (izoniazid və sikloserin), revmatizməleyhinə preparatlar (penisillamin), hamiləlikdən qorunmaq üçün preparatlar (oral kontraseptivlər) NAVİDOKS-un tərkibindəki komponentlərdən biri olan piridoksinin təsirinin zəifləməsinə və tamamilə itməsinə səbəb ola bilər.
• Piridoksin sidik yollarının infeksyon xəstəliklərinə qarşı istifadə olunan nitrofurantoinin orqanizdən xaric olmasını sürətləndirir.
• 8 tabletdən artıq piridoksin qəbulu epilepsiyaya və aritmiyaya qarşı istifadə edilən fenitoinin təsirini zəiflədir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Hamiləlik dövründə istifadə oluna bilər. Kateqoriya B.
İnsanlar üzərində aparılan geniş miqyaslı tədqiqatlar mənfi fetal təsirlərin olmadığını göstərmişdir.
Hamiləlik zamanı ehtiyyatla istifadə olunmalıdır.
Laktasiya dövrü
Piridoksin ana südünə keçmir, meklizinin ana südünə keçib-keçməməsinə dair isə heç bir məlumat yoxdur. Laktasiya dövründə istifadə yalnız həkim tərəfindən ana üçün preparatın faydası və körpə üçün mümkün təhlükələr nəzərə alınaraq təyin oluna bilər.
Pediatriyada istifadəsi
12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Meklizin hidroxlorid zehni fəallıq və ya fiziki koordinasiya tələb edən təhlükəli hərəkətləri yerinə yetirmək qabiliyyətini zəiflədə bilər (məsələn, mexanizmləri və nəqliyyatı idarə etmək). Müalicə dövründə nəqliyyatı idarə edərkən və yüksək diqqət, sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır. Əgər dərman qəbulu zamanı yuxululuq, başgicəllənmə və ya qan təzyiqinin kəskin şəkildə düşməsi halları olarsa, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Tabletləri bütöv şəkildə, 1 qurtum su ilə qəbul edin.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul olunmamalıdır.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar:
• Hamiləlik dövründə yaranan ürəkbulanma və qusma: 0.5 tablet yatmazdan əvvəl, zərurət olduqda isə daha 0.5 tablet səhər qəbul edilir. Adətən, preparatın 7-10 gün müddətində qəbulu simptomların aradan qalxması üçün kifayət edir. Şikayətlər təkrarlandıqda və ya davam etdikdə, həkimə müraciət edilərək müalicə kursu yeni təyinata uyğun şəkildə davam etdirilə bilər. Kəskin simptomlar zamanı maksimal doza ardıcıl 2 gün olmaqla 1,5 tablet təşkil edir. Daha uzun müddətə qəbul üçün həkiminizə müraciət edin. Mümkün ən qısa müalicə müddəti gündəlik 1 tablet təşkil edir. Hamiləlik dövründə NAVİDOKS-u qəbul etməzdən əvvəl hər hansı bir qida (çörək, meyvə) qəbul edin.
• Cərrahi əməliyyatdan sonra yaranan ürəkbulanma və qusma: 1 tablet qəbul olunur. Zərurət olduqda eyni qəbul qaydası təkrarlana bilər. Gündəlik maksimal doza ardıcıl 2 gün olmaqla 1,5 tabletdir.
• Rentgen çəkilişindən sonra yaranan ürəkbulanma və qusma: Rentgen çəkilişindən bilavasitə öncə və ya dərhal sonra 1 tablet.
Uşaqlarda istifadəsi
12 yaşdan kiçik uşaqlarda NAVİDOKS-un qəbulu əks göstərişdir. Yaşlılarda istifadəsi Məlumat yoxdur. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı ilə əlaqədar məlumat yoxdur. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı ilə əlaqədar məlumat yoxdur.
Əlavə təsirləri
Bütün digər dərman vasitələrində olduğu kimi, NAVİDOKS-un tərkibində olan maddələrə qarşı həssas olan pasiyentlərdə müəyyən əlavə təsirlərə rast gəlinə bilər
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi müəyyən edilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 - <1/10), bəzən (≥1/1,000 - <1/100), nadir (≥1/10,000 - <1/1,000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil).
Bəzən (≥1/1,000 - <1/100): yuxululuq.
Nadir (≥1/10,000 - <1/1,000): yorğunluq, yüksək həssaslıq reaksiyası, baş ağrısı, ağızda quruluq, qusma, fotohəssaslıq, əllərdə və ayaqlarda dərinin şişkinliyi, qan zərdabında fol turşusunun səviyyəsinin azalması.
NAVİDOKS-un uzun müddət gündə 2 tabletdən çox dozada qəbulu piridoksinin aşağıdakı əlavə təsirlərinin yaranmasına səbəb ola bilər:
Koordinasiya pozğunluğu (ataksiya), periferik neyropatiya, çox nadir hallarda (<1/10,000): qıcolmalar.
Doza həddinin aşılması
Simptomları
Böyüklərdə - mərkəzi sinir sisteminin (MSS) depressiyası, yuxu pozğunluqları, koma, qıcolmalar, arterial hipotenziya (yaşlı pasiyentlərdə); Uşaqlarda – həyacan, hallüsinasiyalar, qıcolmalar, göz bəbəklərinin genişlənməsi (midriaz), yüksək hərarət, qırmızı quru dəri (qızartı). Müalicəsi
Qusmanın induksiyası (qəbul edildikdən sonra 1 saatdan çox keçməmişsə), mədənin yuyulması, aktivləşdirilmiş kömür qəbulu; simptomatik və dəstəkləyici müalicə; hipotenziya zamanı – vazopressor vasitələrin yeridilməsi (adrenalin istisna olmaqla), antixolinergik effektləri azaltmaq üçün fizostiqmin, qıcolmaları dayandırmaq üçün vena daxilinə diazepam yeritmək lazımdır.
Buraxılış forması 10 tablet bir ALU-PVC blisterdə. 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (qutuda 50 tablet).
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda, nəmdən qorumaq üçün orijinal qabında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İşıqdan qoruyun. Soyuducuda buz dolabında dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Centurion Healthcare Pvt Ltd
601, Atlantis Heights, Sarabhai Compound, Vadi Wadi, Vadodara-390 007, Gujarat, India.
Eksklüziv distribyutor
EL Kompaniya MMC.